AZ

Toyda mərsiyyə deməliydi, yaxud ağlamalıydı? - Deputat

“Sevdiyimiz ustad sənətçi Alim Qasımovun videosu yayılan toyda şən və pozitiv davranışını bəyəndim. Rahat, komplekssiz, tədbirin mahiyyətinə uyğun bir sənət adamının ata biləcəyi sadə və maraqlı bir addım. Toyda mərsiyyə deməliydi, yaxud ağlamalıydı? Söyüş-zad söyməyib, yaxud təhqiredici ifadə işlətməyib ki?”

XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa səsləndirib.

F.Mustafa qeyd edib ki, A.Qasımov öz üslubunda məclisin ovqatını yüksəltmək istəyib:

“Sənət adamı ütülü, standart biçimdə olmaz ki? Hələ bu adam Alim ola! Böyük istedadların ərköyünlük haqqını da nəzərə almalıyıq! Hər bir davranışın çevrəyə zərərinə, faydasına baxmalıyıq. Mədəni və mənəvi ekologiyamıza hansısa zərər vurduğunu düşünmürəm”.

Xəbər 3 dəfə oxunub.
Seçilən
60
6
xezernews.az

10Mənbələr