AZ

Kimya sənayesində maaşlar 1600 manatı keçdi

Bu ilin yanvar-mart aylarında kimya sənayesində orta aylıq nominal əmək haqqı 1639,6 manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İllik müqayisədə bu göstərici 231,7 manat (16,5%) artıb. Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 1407,9 manat olmuşdu.

Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 1804,8 manat təşkil edib. Bu, illik müqayisədə 292,9 manat (19,4%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 1511,9 manat idi.

Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 1546,8 manat olub. İllik müqayisədə 199,2 manat (14,8%) artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 1347,6 manat təşkil etmişdi.

Seçilən
48
fed.az

1Mənbələr