Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Paytaxtın Heydər Əliyev prospektində təhlükə yaradan piyadalar avtomobilin videoregistratoruna düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə iyunun 8-də saat 23:17 radələrində qeydə alınıb. Belə ki, yolun hərəkət hissəsində gəzən gənc qız maşınların önünə qəfil çıxaraq sürücüləri çətin vəziyyətdə qoyub. Kadrdan da göründüyü kimi, piyada anidən maşının önünə çıxıb və sürücü sola manevr edərək baş verəcək qəzadan son anda qurtulub. Piyadadan biraz aralıda olan gənc oğlan da qəza şəraitinə səbəb olub.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
İzləyicinin sözlərinə görə, o, qəsdən yolun ortasında gəzərək özünü maşınların qarşısına atıb. Prospektdə təyin olunmuş sürət həddinin 90 km/saat olduğunu nəzərə alsaq piyadaların vurulma riski daha da artır. İzləyici avtomobili 60 km/saatla idarə etdiyi üçün təhlükədən yayındığını əlavə edib.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.