“Qısa müddət ərzində yaradılmasına baxmayaraq Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci, Qarabağın isə ən böyük sənaye mərkəzi hesab edilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ağdam Sənaye Parkına təşkil edilmiş mediatur zamanı jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib. Onun sözlərinə görə Ağdam Sənaye Parkında hazırda investisiya porfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkın artıq 70 fazidən çox hissəsi sahibkarların istifadəsinə verilib:
“Azərbaycan ilk dəfə olaraq Qazaxıstana xüsusi qoruyucu və poliuretan (qadınlar üçün şişmə) çəkmələrin ixracına başlayıb. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Hazırda Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər aparılır.
Cari ildə Parkda tütün məmulatlarının istehsalı müəssisəsinin açılışı nəzərdə tutulur. Müəssisədə işlər artıq tam yekunlaşıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta