AZ

"İndi klublararası dünya çempionatının qalibi olmağın əsl vaxtıdır" - Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike 15 iyun - 13 iyul aralığında ABŞ-də keçiriləcək klublararası dünya çempionatının qalibi olmaq istədiklərini bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini Paris təmsilçisinin rəsmi saytı belə çatdırıb:

"Burada olduğumuz üçün şadıq. Unikal və yeni turnirdə çıxış edəcəyik. Klublararası dünya çempionatında oynamaq fantastikdir. Məşqlərin başlamasını və bazar günü turnirin start götürməsini səbirsizliklə gözləyirik. Əlbəttə, PSJ-nin tarixində ilk dəfə Çempionlar Liqasını qazanması inanılmazdır. İndi klublararası dünya çempionatının qalibi olmağın əsl vaxtıdır.

İlk oyunumuzu Avropa klubuna - "Atletiko"ya qarşı keçirəcəyik. Bir-birimizi yaxşı tanıyırıq. Onlarla ÇL-də də qarşılaşmışıq. Ağır oyun olacaq, amma biz istənilən rəqiblə üz-üzə gəlməyə hazırıq".

Qeyd edək ki, PSJ "Atletiko Madrid", "Botafoqo" və "Sietl Saunders"lə birlikdə B qrupunda mübarizə aparacaq.

Nihat

Seçilən
15
1
fanat.az

2Mənbələr