AZ

Prospektdə təhlükəli anlar: Yolun ortasında gəzən qız və oğlan özlərini maşınların önünə atdı - VİDEO

Velosiped sürücülük vəsiqəsi tələb etməyən nəqliyyat vasitəsidir. Lakin dünya təcrübəsində kiminsə bu texniki vasitənin istismarından məhrum edilməsi hallarına da rast gəlinir. 

Avtosfer.az xəbər verir ki, Avropanın bir çox ölkəsində velosipedlə bağlı ciddi qadağalar mövcuddur. Məsələn, dəbilqəsiz sürmə, sürət həddini aşma, təhlükəli ötmə kimi pozuntular hər zaman inzibati xəta sayılır. 

Lakin, Fransada bir maraqlı qayda da var. Bu ölkədə spirtli içki və ya narkotikin təsiri altında olan velosipedçinin (əgər varsa) sürücülük vəsiqəsi də ləğv edilir. Belçikada isə narkoman sürücü velosiped, moped, yaxud skuter sürə bilməz.

İlk baxışda belə bir sual ortaya çıxa bilər: dünyada ilk mülki məcəllənin, insan hüquqları bəyannaməsinin ortaya çıxdığı, əsas Avropa siyasi institutlarının yerləşdiyi 2 ölkədə belə çarpaz cəzalandırma nəyə xidmət edir? Bu yanaşma insan hüquqlarına, daha doğrusu hərəkət sərbəstliyi hüququna zidd deyilmi?

Bu məsələdə fransız və belçikalı hüquqşünasların fikirləri oxşardır. Onlar hesab edirlər ki, narkotikin təsiri altında, yaxud ağır alkoqol intoksikasiyası zamanı nəqliyyat vasitəsini sürmək cinayətdir. Bu cinayətin qarşısı daha ağır fəsad törətmədən alınmalıdır. Belə məhrumetmə zamanı fərdlərin deyil, cəmiyyətin maraqları əsas götürülür.

Vüqar Yaşaroğlu

Seçilən
38
avtosfer.az

1Mənbələr