AZ

“Roketsan” İndoneziya Silahlı Qüvvələrinə əlavə ATMACA raketləri tədarük edəcək

Türkiyənin “Roketsan” şirkəti “Indo Defence” sərgisində iki mühüm müqavilə imzalayaraq İndoneziya ilə müdafiə sənayesi sahəsindəki əməkdaşlığını gücləndirib.

“Roketsan”dan “Poliqon”a verilən məlumata görə, İndoneziyanın “PT Republik Defence Indonesia” (PT RDI) şirkəti ilə imzalanan bu müqavilələr texnologiya transferi, qabiliyyətlərin inkişafı və regional təhlükəsizlik sahəsində ortaq visionun möhkəmləndirilməsinə xidmət edir.

Bu çərçivədə keçirilən imza mərasimində ilk olaraq “Roketsan” və “PT Republik Defence Indonesia” (PT RDI) şirkətləri arasında ATMACA gəmi əleyhinə raketi və ATMACA silah sisteminin tədarükünü əhatə edən müqaviləyə imzalar atılıb. Türkiyə və İndoneziya kimi dost ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirən bu müqavilə ilə “Roketsan”, İndoneziyanın dəniz gücünün modernləşdirilməsinə verdiyi töhfəni daha da artırmış olub.

“Roketsan” və PT RDI arasında imzalanan ikinci sənəd isə tərəflər arasında qurulması planlaşdırılan Ortaq Müəssisə Sazişi (Joint Venture Agreement – JVA) çərçivəsində olub. Bu təşəbbüs ilə tərəflər, raket texnologiyalarının yığılması, yerli istehsalı və davamlılığına dair İndoneziyada yerli bacarıqların inkişaf etdirilməsini və uzunmüddətli perspektivdə ölkənin müdafiə sənayesində xarici asılılığının azaldılmasını hədəfləyirlər.

“Roketsan”ın baş direktoru Murat İkinci imza mərasimində verdiyi açıqlamada bildirib ki, bu gün imzalanan müqavilələr PT RDI ilə əməkdaşlıqlarının gücünü bir daha göstərir: “İndoneziyanın müdafiə sahəsində modernləşməsinə töhfə verməkdən və uzunmüddətli sənaye əməkdaşlıqlarının təməlini qoymaqdan böyük qürur duyuruq. Qarşıdakı dövrdə də dost və müttəfiq ölkə İndoneziya ilə müdafiə sənayesindəki əməkdaşlığımızı gücləndirərək ölkəmizi dünyanın dörd bir yanında təmsil etməyə davam edəcəyik”.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

WhatsApp

WhatsApp

WhatsApp

Seçilən
7
poliqon.az

1Mənbələr