Energetika naziri Pərviz Şahbazov Brüsseldə Beynəlxalq Enerji Agentliyinin enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal Konfransda iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
Nazir paylaşımda qeyd edib: "Brüsseldə Beynəlxalq Enerji Agentliyinin enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal Konfransı çərçivəsində enerji səmərəliliyinin enerji təhlükəsizliyinin təminində və qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə rolu, Azərbaycanın bu istiqamətdə apardığı siyasət, eləcə də azad edilmiş ərazilərin xalis sıfır emissiyalı Yaşıl Enerji Zonası kimi inkişafı – enerji səmərəliliyinin nümunəvi modeli olaraq qeyd olundu. 2030-cu ilə qədər 6,7 QVt həcmində Yaşıl Enerji güclərinin yaradılması sayəsində 4,4 milyard kubmetr təbii qazın qənaət ediləcəyi vurğulandı".