AZ

İki London klubu onun üçün mübarizə aparır

"Atletik Bilbao"nun hücumçusu Niko Uilyams transfer bazarında ən çox arzulanan oyunçulardan biri olaraq qalır.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı məlumata görə, gənc futbolçuya əsas namizədlər Londonun “Çelsi” və “Arsenal” klublarıdır.

Hər iki klub transferi reallaşdırmaq üçün danışıqlar aparır.

Əvvəllər Uilyamsın İspaniyada qalmaq istəyi ilə bağlı söz-söhbətlər var idi, lakin "Barselona"nın müqaviləni poza bilməməsi Nikonu xaricə köçmək barədə düşünməyə vadar edə bilər.

Xatırladaq ki, Uilyamsın müqaviləsində 55 milyon avroluq satınalma maddəsi var, lakin sövdələşmə böyük agent haqları da tələb edir. "Atletik Bilbao" hazırda müdafiəçisi ilə müqaviləni uzatmaq üzərində işləyir.

Seçilən
20
90deqiqe.az

1Mənbələr