Oxu.az saytına istinadən ain.az xəbər verir.
İndianapolisdəki "Bankers layf fildhaus" idman sarayında "İndiana Peysers" və "Oklahoma Siti Tander" arasında NBA-in pley-off finalının üçüncü oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, oyun meydan sahiblərinin 116:107 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ən məhsuldar oyunçusu 27 xal toplayan İndiana təmsilçisinin müdafiəçisi Bennedikt Maturin olub. Hücumçu Ceylen Uilyams isə "Oklahoma"ya 26 xal qazandırıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Peysers" "Tander" üzərində ikinci qələbəsini qazanıb və seriyada önə keçib: 2-1. Pley-offun final mərhələsinin növbəti oyunu iyunun 14-də İndianapolisdə keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.