AZ

Təyyarənin pilotu havaya qalxdıqdan bir dəqiqə sonra QƏZA SİQNALI VERİBMİŞ

Ajans.az xəbər verir ki, bu barədə “Ani News” məlumat yayıb.  Siqnaldan dərhal sonra dispetçerlər təyyarə komandiri ilə əlaqə saxlamağa çalışsalar da, buna nail ola bilməyiblər. Az sonra təyyarə yaşayış məntəqəsinə düşüb. Hadisə iyunun 12-də qeydə alınıb. Təyyarə Qucarat ştatının Əhmədabad hava limanından Londona uçurdu. Təyyarədə 242 sərnişin olub. Təyyarə Meqaninaqar şəhərinin hava limanı yaxınlığındakı yaşayış massivində qəzaya uğrayıb. Onun hündür ağaca çırpılaraq qəzaya uğradığı güman edilir. Bəzi sərnişinlər sağ qalıb və xəstəxanalara aparılıblar. Təyyarə qəzasının videosu da ortaya çıxıb. Kadrlarda təyyarənin sürətlə hündürlüyünü itirdiyi, təhlükəli şəkildə evlərin yaxınlığında uçduğu və onlara çırpıldığı görünür.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
36
Ajans.az

1Mənbələr