İnternetdə Hindistanda qəzaya uğrayan “Boeing 787-8 Dreamliner” təyyarəsində olan sərnişinlərin siyahıları yayılıb.
Publika.az xəbər verir ki, siyahıya görə, qəzaya uğrayan təyyarənin göyərtəsində olanların əksəriyyəti Hindistan və Böyük Britaniya vətəndaşları olub. Portuqaliya və Kanada vətəndaşlarının da təyyarədə olduğu bildirilir.
“Air India” şirkətinə məxsus təyyarə iyunun 12-də Meqaninaqar yaşayış massivində qəzaya uğrayıb. Ehtimal olunur ki, təyyarə Əhmədabaddan Londona uçarkən hündür ağaca dəyib və qəzaya uğrayıb.
Qəzadan bir neçə dəqiqə əvvəl kapitan qəza siqnalı göndərib, lakin artıq gec olub.