AZ

Bakı Biznes Universiteti müəllim vəzifəsinə vakansiyalar elan edir

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı Biznes Universiteti müvafiq kafedralar üzrə müəllim vəzifəsinə vakansiyasılar elan edir.

Vakansiyalar aşağıdakı kafedralar üzrə həyata keçirilir:

1. Maliyyə kafedrası;

2. Dillər kafedrası;

3. Ali riyaziyyat kafedrası;

4. İqtisadi nəzəriyyə kafedrası;

5. İnformasiya texnologiyaları kafedrası.

1. Maliyyə kafedrası:

“Yumşaq bacarıqlar” fənni üzrə 1 yer.

Tələblər:

•Yumşaq bacarıqlar üzrə müvafiq sertifikat;

•Ən azı magistratura səviyyəsində ali təhsil.

2. Dillər kafedrası:

“Yumşaq bacarıqlar” fənni üzrə 1 yer .

Tələblər:

•Müvafiq sahə üzrə bakalavr və magistr ali elmi-ixtisas dərəcələri;

•Fənnin tədrisi üzrə pedaqoji təcrübə;

•Yumşaq bacarıqlar üzrə sertifikat;

•IELTS, TOEFL və s. beynəlxalq dil sertifikatlarının olması üstünlükdür;

•İnteraktiv, innovativ metod və texnologiyalardan istifadə bacarığı;

•Tələbəyönümlü tədris yanaşmalarından istifadə bacarığı.

“Xarici dil” fənni üzrə 2 yer.

Tələblər:

•Müvafiq sahə üzrə bakalavr və magistr ali elmi-ixtisas dərəcələri (elmi dərəcə və ya elmi ad üstünlükdür) ;

•Ingilis dilinin tədrisi üzrə pedaqoji təcrübə (ali təhsil müəssisəsində olması üstünlükdür);

•Minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. beynəlxalq dil sertifikatlarının olması üstünlükdür);

•Dil tədrisi üzrə sertifikatlardan (CELTA, TEFL, TESOL, TKT və s.) ən az birinə malik olması;

•İnteraktiv, innovativ metod və texnologiyalardan istifadə bacarığı;

•Tələbəyönümlü tədris yanaşmalarından istifadə bacarığı;

•Davamlı peşəkar inkişafa maraq.

3. Ali riyaziyyat kafedrası:

“Ekonometrika” fənni üzrə 1 yer.

Tələblər:

•“Ekonometrika” fənni üzrə “Eviews” proqramında işləməyi bacarmaq;

•Müvafiq sahə üzrə elmi dərəcəyə sahib olmaq.

4. İqtisadi nəzəriyyə kafedrası:

“Mikroiqtisadiyyat” fənni üzrə 2 yer.

Tələblər:

•Təhlil və qərarvermə bacarığına malik olmaq;

•Qrafik və modellərlə işləmək bacarığına malik olmaq;

•Rəqabət mühitinin təhlil etməyi bacarmaq;

•İstehsal və xərclər analizini aparmağı bacarmaq;

•Faydalılıq və istehlak analizlərini etməyi bacarmaq;

•Müvafiq sahə üzrə elmi dərəcəyə sahib olmaq (ən azı doktorantura səviyyəsində təhsil almaq;

•Minimum bir il pedaqoji təcrübəyə sahib olmaq.

“Makroiqtisadiyyat” fənni üzrə 2 yer.

Tələblər:

•İqtisadi göstəriciləri analiz etməyi bacarmaq;

•İqtisadi siyasətləri qiymətləndirmə bacarmaq;

•Makroiqtisadi modellərlə işləməyi bacarmaq;

•Qlobal iqtisadi trendləri analiz etməyi bacarmaq;

•Müvafiq sahə üzrə elmi dərəcəyə sahib olmaq (ən azı doktorantura səviyyəsində təhsil almaq);

•Minimum bir il pedaqoji təcrübəyə sahib olmaq.

“Rəqəmsal iqtisadiyyat” fənni üzrə 1 yer.

Tələblər:

•İqtisadi biliklərin rəqəmsal mühitə tətbiqini bacarmaq;

•Tədqiqat bacarıqlarına malik olmaq;

•Rəqəmsal informasiya texnologiyaları ilə-Eviews, QPR , 1Cmüəsisə,

SPSS, PrimaveraP6, Microsoft Excel proqramlarında işləməyi bacarmaq;

•Müvafiq sahə üzrə elmi dərəcəyə sahib olmaq (ən azı doktorantura səviyyəsində təhsil almaq);

•Minimum bir il pedaqoji təcrübəyə sahib olmaq.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

5. İnformasiya texnologiyaları kafedrası:

Bakalavriyat səviyyəsi üzrə:

•Proqramlaşdırmanın əsasları fənni üzrə 1 yer.

•Web proqramlaşdırma fənni üzrə 1 yer.

•Müasir proqramlaşdırma dilləri fənni üzrə 1 yer.

•Verilənlərin strukturu və alqoritmlər fənni üzrə 1 yer.

•Verilənlər bazası sistemləri fənni üzrə 1 yer.

•Mobil proqramlaşdırma fənni üzrə 1 yer.

•Əşyaların interneti fənni üzrə 1 yer.

•Alqoritmlərin qurulması və analizi fənni üzrə 1 yer.

•Şəbəkələrin əsasları fənni üzrə 1 yer.

•İnformasiya təhlükəsizliyinin əsasları fənni üzrə 1 yer.

•Kibertəhlükəsizliyin əsasları fənni üzrə 1 yer.

Tələblər:

•Minimum magistr dərəcəsinə malik olmaq;

•Müvafiq ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahib olan namizədlərə üstünlük veriləcək.

•Elmi fəaliyyət sahəsində yüksək nailiyyətlərə malik olmaq; (Scopus, Web of Science və digər beynəlxalq indeksli jurnallarda məqalə və tədqiqat işlərinin nəşr olunması üstünlük kimi qiymətləndiriləcək)

•Müvafiq sahələr üzrə proqramlaşdırma dillərində işləməyi bacarmaq. Xüsusilə, Python, C++, SQL və digər proqramlaşdırma dillərində təcrübəyə malik olmaq.

•Minimum bir il pedaqoji təcrübəyə sahib olmaq.

Magistratura səviyyəsi üzrə:

•İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi elminin müasir problemləri fənni üzrə1 yer.

•İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi elminin tarixi və metodologiyası fənni üzrə 1 yer.

•İqtisadiyyatın informasiya sistemləri fənni üzrə 1 yer.

•Müasir telekommunikasiya sistemləri fənni üzrə 1 yer.

•Dövlət və bələdiyyə sistemində informasiya sistemləri və texnologiyaları fənni üzrə 1 yer.

•İnformasiyanın intellektual emalı sistemləri fənni üzrə 1 yer.

•Kompüter şəbəkələrinin təhlili və layihələndirilməsi fənni üzrə 1 yer.

•Bilik mühəndisliyi fənni üzrə 1 yer.

Tələblər:

•Müvafiq ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahib olmaq.

•Elmi fəaliyyət sahəsində yüksək nailiyyətlərə malik olmaq, xüsusilə Scopus, Web of Science və digər beynəlxalq indeksli jurnallarda məqalə və tədqiqat işlərinin nəşr olunması üstünlük kimi qiymətləndiriləcək.

•Minimum bir il pedaqoji təcrübəyə sahib olmaq.

CV-lərinizi 23 iyun 2025-ci il tarixinədək aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

Tel: (+99412)-431-79-51,

(+99412)-431-91-18.

Poçt ünvanı: [email protected]

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
4
sia.az

5Mənbələr