Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Şamaxı" ilk legioner transferini yekunlaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi braziliyalı müdafiəçi David Santosla anlaşıb.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 23 yaşlı futbolçu ilə bütün məsələlərdə razılığa gəlinib. O, təlim-məşq toplanışının startına kimi, konkret, iyulun 4-də Azərbaycana gələcək və tibbi müayinədən keçdikdən sonra yeni komandasının məşqlərinə qoşulacaq.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Santosun son klubu Portuqaliyanın üçüncü liqa təmsilçisi "Kovilya" olub. O, sözügedən komandada keçirdiyi bir mövsüm ərzində 18 matça çıxıb və 2 qolla yadda qalıb. Davidin "Kovilya" ilə müqaviləsinin müddəti başa çatdığı üçün "Şamaxı"ya azad agent kimi qoşulacaq.
Mirağa
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.