AZ

Modi təyyarə qəzası ilə bağlı tapşırıq verdi

Hindistanın Baş naziri Narendra Modi daxili işlər naziri Amit Şah və mülki aviasiya naziri Ram Mohan Naidu ilə təyyarə qəzasını müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə "Times of India"-ya hökumətdəki mənbəsi məlumat verib.

Modi hər iki nazirə Əhmədabada səfər etməyi və qəzadan zərər çəkənlərə hər cür kömək göstərilməsini təmin etməyi tapşırıb.

Qeyd edək ki, Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 230 sərnişin, 2 pilot və 10 kabin heyəti üzvü olmaqla, 242 nəfər olub.

Seçilən
29
publika.az

1Mənbələr