AZ

Azərbaycan XİN Hindistana başsağlığı verdi

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlıHindistana başsağlığı verib.

Trend xəbərverir ki, bununla bağlı XİN-in sosial şəbəkə hesabında paylaşımedilib.

“Hindistanın Əhmədabad şəhərində baş vermiş faciəvi təyyarəqəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə vəyaxınlarına başsağlığı veririk. Qarşıdakı günlərdə güc olacağınızaümid edir və şəfa arzulayırıq”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, “Boeing 787 Dreamliner” təyyarəsi Hindistanınqərbindəki Əhmədabad hava limanından qalxdıqdan az sonra qəzayauğrayıb. Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədəniki pilot və 10 bələdçi olub. NDTV telekanalı qəzadan sağçıxanların olduğu barədə məlumat yayıb. Həlak olanlar vəyaralananlar barədə hələlik rəsmi məlumat verilmir.

Seçilən
9
50
az.trend.az

10Mənbələr