Ötən il yetkinlik yaşına çatmayan qızının pornoqrafik videosunu yayan qadının məhkəməsi başlayır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gülnur Əsədova (şərti) qızı üzərindən cinayət törətməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 171-1-ci (uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə ittiham verilib.
Təqsiri sübuta yetirilsə, ana 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Cinayət işi üzrə məhkəmə istintaqının qapalı keçirilməsi qərara alınıb.
Xatırladaq ki, 2024-cü ilin yayında sosial şəbəkələrdə qadının azyaşlı ilə qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər yayılıb. Evin hamam otağında lentə alınan videodakı qadın ana, azyaşlı isə qızı olub.
Sail Ağasəlim