Bu ilin yanvar-mart aylarında tikinti sektorunda orta aylıq nominal əmək haqqı 1150,2 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İllik müqayisədə bu göstərici 92,8 manat (8,8%) artıb. Ötən ilin müvafiq dövründə bu sahədə orta aylıq əmək haqqı 1057,4 manat olmuşdu.
Məlumatlara əsasən, hesabat dövründə dövlət sektorunda orta aylıq maaş 1095,9 manat təşkil edib. Bu, illik müqayisədə 112,4 manat (11,4%) artım deməkdir. 2024-cü ilin müvafiq dövründə bu göstərici 983,5 manat idi.
Qeyri-dövlət sektorunda isə orta aylıq maaş 1165,3 manat olub. İllik müqayisədə 86,6 manat (8,0%) artım qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 1078,7 manat təşkil etmişdi.