AZ

Buraxılış imtahanının nəticəsi 2 il qüvvədə qalır?

Abituriyentlərin buraxılış və blok imtahanlarında topladıqları bal bir neçə müddət qüvvədə qalırdı. 

Əvvəllər bu, 1 il nəzərdə tutulurdu. Hazırda bu proseslə bağlı dəyişiklik olunubmu və bu, yalnız buraxılış balı tələb olunan qabiliyyət imtahanlarında necədir?

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən “Cebheinfo.az”-a bildirilib ki, abituriyentlərin buraxılışdan topladıqları bal imtahan verdikləri və ondan sonrakı il qüvvədə qalır:

“Blok imtahanları isə yalnız imtahan verdikləri il qüvvədədir. Qabiliyyət balı isə yalnız imtahan verdiyi il keçərlidir. 2 il qüvvədə olma məsələsi qanunvericiliyə əsasən yalnız buraxılış imtahanına aiddir”.

Seçilən
11
cebheinfo.az

1Mənbələr