AZ

Qabrelyanov: “Paşinyan Sərksiyanla əlbirdir”

AzVision.az xəbər verir rusiyalı media meneceri Aram Qabrelyanov belə iddia irəli sürüb.

“Məlum olduğu kimi, Serjə Ermənistanı tərk etməyə icazə verilib. “Serjnikolun planı belədir. Serj rus oliqarxlarından birinin köməyi ilə Kremldə görüşməyə və Rusiya hakimiyyətini inandırmağa çalışır ki, Nikol Kremlin ayağını yalamağa və bağışlanma diləməyə hazırdır. Sarkisyan Paşinyanın xilasında vasitəçi kimi çıxış etmək istəyir”,- Qabrelyanov yazır.

Onun iddiasına görə, Sarkisyan Köçəryana heç də Paşinyandan az nifrət etmir.Həm də Respublika partiyasının üzvləri də öz sədrləri olan Sarkisyanın mövqeyindən narazıdırlar və onun mövqeyini satqınlıq kimi qiymətləndirirlər.

Qeyd edək ki, son vaxtlar erməni kilsəsinin rəhbəri II Qareginlə münasibətləri sərt qarşıdurma həddinə çatmış Ermənistanın baş naziri Nikol Paşinyanın bir sıra məsələlərdə, o cümlədən də Köçəryana zərbə endirmək üçünöz sələfi Serj Sarkisyanla pərədarxası sövdələşməyə getməsi istisna deyil.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
34
azvision.az

1Mənbələr