ŞƏMKİR, 12 iyun. TELEQRAF
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
İlkin məlumata görə, bir nəfər iki nəfəri bıçaqlayıb.
Yaralılar dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda hadisənin səbəbləri və bıçaqlanan şəxslərin kimliyi dəqiqləşdirilir.