AZ

Azad edilmiş ərazilərdə enerji səmərəliliyi müzakirə edildi

BAKI, 12 iyun. TELEQRAF

Brüsseldə Beynəlxalq Enerji Agentliyinin (BEA) enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal Konfransı çərçivəsində enerji səmərəliliyinin enerji təhlükəsizliyinin təminində və qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə rolu, Azərbaycanın bu istiqamətdə apardığı siyasət, eləcə də azad edilmiş ərazilərin xalis sıfır emissiyalı Yaşıl Enerji Zonası kimi inkişafı – enerji səmərəliliyinin nümunəvi modeli olaraq qeyd olundu.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.

Nazir bildirib ki, 2030-cu ilə qədər 6,7 QVt həcmində yaşıl enerji güclərinin yaradılması sayəsində 4,4 milyard kubmetr təbii qazın qənaət ediləcəyi vurğulandı.

Seçilən
3
teleqraf.com

1Mənbələr