AZ

Hindistanda hotelə çırpılan təyyarənin yeni GÖRÜNTÜLƏRİ - FOTOlar

Hindistanın Əhmədabad şəhərində hava limanı yaxınlığında yerləşən yaşayış məntəqəsində hotellə toqquşan sərnişin təyyarəsinin yeni görüntüləri yayılıb.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, "Air India" aviaşirkətinə məxsus olan təyyarədə ümumilikdə 230 sərnişin olub.

Onlardan 169-u Hindistan, 53-ü Böyük Britaniya, 7-si Portuqaliya, 1-i isə Kanada vətəndaşıdır.

Qəza anını əks etdirən görüntülərdə təyyarənin yaşayış massivinə düşməsi, partlayış və yanğından sonrakı xaotik vəziyyət aydın şəkildə görünür.

Qeyd edək ki, ən son məlumatlara görə qəza nəticəsində 133 nəfər həlak olub.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
37
1
milli.az

2Mənbələr