AZ

Yunanıstanda panika

Yunanıstanın Serres şəhərinin Melenikitsi və Hortero kəndlərində aparılan ölçmələrdə içməli suda icazə verilən həddən artıq uran aşkar edildiyi bildirilib. Rayonda əhalinin sağlamlığının qorunması üçün fövqəladə tədbirlər görülüb.

Heraklia Bələdiyyə Başçısı Kleanthis Koçakiahidis bələdiyyənin su və kanalizasiya idarəsinin (DEYAH) apardığı təhlilin nəticələrini ictimaiyyətlə bölüşüb. Müvafiq olaraq, Melenikitsi və Hortero kəndlərində yeraltı su ehtiyatlarında yüksək səviyyədə uran aşkar edilib.

Tapıntılardan sonra sözügedən kəndlərdə sudan içməli və yemək bişirmək üçün istifadə qadağan edilib, gündəlik təmizlik və digər məqsədlər üçün suyun istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb.

Bildirilib ki, hakimiyyət orqanları əhalinin sağlamlığının qorunması üçün fövqəladə tədbirlər görüb, suyun təhlükəsiz səviyyəyə qaytarılması üçün işlərə başlayıb.

***

Digər tərəfdən, mayın 28-də içməli suda uranın təhlükəli miqdarının aşkarlanmasından sonra Serres şəhərində üç yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.

Seçilən
32
vaxt.az

1Mənbələr