AZ

“Gəncə incəsənəti” mövzusunda respublika elmi konfransı keçiriləсək

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə sentyabrın 18-də “Gəncə incəsənəti” mövzusunda respublika elmi konfransı keçiriləсək.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Respublika elmi konfransı “Azərbaycan mədəniyyətinin inkişaf tarixi: xalq sənətkarlığı və dekorativ - tətbiqi sənət”, “Gəncə memarlığı, tarixi abidələrin mühafizəsi və bərpası. Milli-mənəvi dəyərlərin qorunmasında sənətkarlığın rolu”, “Üzeyir Hacıbəyli və Gəncə musiqi mədəniyyəti tarixi” istiqamətlərini əhatə edəcək.

Konfransa məqalələri avqustun 18-dək göndərmək olar.

Respublika elmi konfransında ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilər.

Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.

Seçilən
50
1
azertag.az

2Mənbələr