Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov paytaxtda fəaliyyət göstərən şadlıq evlərindən birində təşkil olunan toyda rep oxuyub.
Belə ki, səhnəyə dəvət edilən sənətkar əvvəlcə musiqiçilərdən rep ritmləri istəyib, ardından rep tərzində qonaqları salamlayaraq qısa ifa təqdim edib.
Onun bu çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Xalq artistinin sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı müğənni Əli Mirəliyev “Cebheinfo.az”a açıqlamasında Alim Qasımovun rep dediyinə inanmadığını bildirib:
“Alim elə şey eləməz. Mən inamıram. Bu yaşında Alim restoranlarda rep deməlidir? Bu nə deməkdir? Toyda rep deyib? Toy olub da, heç nə olmaz. Deyib deyib də (gülür…) Repdi, gopdu, hamısı da eyni şeydir. Alimdir də, böyük sənətkardır. Əgər rep deyibsə, demək, belə məsləhətdir”.
Əli Mirəliyev bildirib ki, böyük sənətkarlar özlərini kiçiltməməlidir:
“Mən daha nə deyim? Düzü, o videonu görməmişəm. Amma Alim də bunlara qoşulubsa, vay bizim xalqımızın musiqisinin halına… Mənim sözüm yoxdur… Alim böyük xanəndədir. Böyük sənətkar kiçilirsə, onda mən daha nə deyim? O, bir dənə muğam oxusaydı, daha yaxşı olardı”.
10Mənbələr
-
kommersant.azYelo Mobil POS ilə Visa ödənişlərinə 0% komissiya! ( 19484531)
-
far.azYelo Mobil POS ilə Visa ödənişlərinə 0% komissiya! ( 19484351)
-
fins.azYelo Mobil POS ilə Visa ödənişlərinə 0% komissiya! ( 19483841)
-
banco.azYelo Mobil POS ilə Visa ödənişlərinə 0% komissiya! ( 19483607)
-
demokrat.azYelo Mobil POS ilə Visa ödənişlərinə 0% komissiya! ( 19483424)
-
baku.newsYelo Mobil POS ilə Visa ödənişlərinə 0% komissiya! ( 19482743)
-
demokrat.azDünyanın ən çox kartla ödəniş edən əhalisi harda yaşayır? ( 19482605)
-
neonews.az2025-ci ildə Süni İntellekt Yenilikləri və Tətbiqləri ( 19455833)
-
neonews.azKvantu Hesablama və Süni İntellektin Sintezi: Yeni Dövrə Doğru ( 19455776)
-
news24.azAzərbaycanda ƏMƏLİYYAT: Xeyli saxlanılan var ( 19416536)