AZ

Sem Altmandan iddia: ChatGPT-nin su istehlakı çay qaşığının 1/15 hissəsidir!

"OpenAI"nin baş direktoru Sem Altman orta hesabla ChatGPT sorğusunda çay qaşığı suyun 1/15-nin istifadə etdiyini iddia edib. Bəs bu nə deməkdir?

HİT.az xəbər verir ki, "OpenAI"ın CEO-su Sem Altman bu barədə bir bloq yazısı yazıb.

O, qeyd edib ki, orta ChatGPT sorğusu yalnız çox az miqdarda su istifadə edir. Altmana görə, hər sorğu təxminən 0,000085 gallon suya bərabərdir ki, bu da çay qaşığının 1/15-nə bərabərdir.

Altman ChatGPT-nin enerji istehlakı haqqında da məlumat verib. Onun dediyinə görə, orta sorğu təxminən 0,34 vatt-saat enerji sərf edir ki, bu, sobanın bir saniyədən bir qədər artıq müddətdə istifadə etdiyi enerjiyə və ya enerjiyə qənaət edən lampanın bir neçə dəqiqə ərzində istifadə etdiyi elektrikə bərabərdir.

Altman iddia edib ki, uzun müddət ərzində süni intellektin dəyəri elektrik enerjisinin dəyərinə yaxın olmalıdır.

"OpenAI" hələ Altmanın bu su və enerji məlumatlarını necə hesabladığına dair ətraflı izahat verməyib. Şirkət pnun iddiaları ilə bağlı şərh sorğusuna dərhal cavab verməyıb.

Süni intellekt şirkətləri inkişaf etdirdikləri texnologiyaların enerji istehlakı üçün getdikcə daha çox araşdırmaya məruz qalıblar. Məsələn, bu il bəzi tədqiqatçılar süni intellektin ilin sonuna qədər "Bitcoin" mədənçiliyindən daha çox enerji istehlak edə biləcəyini irəli sürüblər.

Keçən il dərc olunan məqalədə "Washington Post" mütəxəssislərlə birlikdə GPT-4 əsaslı süni intellekt çatbotunun 100 sözdən ibarət e-poçt yazmaq üçün su şüşəsi ilə eyni miqdarda su istifadə etdiyini müəyyən edib. Tədqiqat həmçinin müəyyənləşdirib ki, su istehlakı AI sisteminin işlədiyi məlumat mərkəzinin yerindən asılı olaraq dəyişə bilər.

Samir
 

Seçilən
26
hit.az

1Mənbələr