Xəbər verdiyimiz kimi, restoranların birində müğənni Kəmalə Günəşli ilə toy sahibi arasında qalmaqal yaşanıb. Belə ki, V.Mikayılova 4 saatlıq çıxış üçün ifaçıya 4 min manat təklif edib. Lakin toy günü məclis sahibi müğənninin yalnız fonoqram ifa etdiyini, arzuolunan mahnıları oxumadığını deyərək ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib. Yaranan mübahisə zamanı Kəmalə Günəşli qarşı tərəfi təhqir edib, masa üzərindəki içki bakalını ataraq qohumlardan birinə xəsarət yetirib. Bu hadisə hüquqi məsələləri yenidən gündəmə gətirib.
Sənətçilərlə məclis sahibləri arasında yazılı müqavilə bağlanmalıdırmı? Hansı hüquqi məsuliyyət nəzərdə tutmalıdır?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, müvafiq qurumlar restoran sektoru, şou-biznes nümayəndələri, xüsusilə toy müğənnilərini ciddi yoxlamalı və fəaliyyətləri yaxından izlənilməlidir:
“Bir çox hallarda müğənnilər gəlirlərini rəsmi şəkildə bəyan etmədən, vergi ödəmədən fəaliyyət göstərirlər. Lakin dəbdəbəli həyat tərzi sürür, yeni avtomobillər və daşınmaz əmlak alırlar. Bu, gəlirlərin gizlədilməsinin nəticəsidir. Buna görə də vətəndaşlar müğənniləri məclislərinə dəvət edirlərsə, ödənilən beh və ümumi məbləğ rəsmi müqavilə və kassa çeki ilə rəsmiləşdirilməlidir”.
Vəkil bildirib ki, bu sahədə qanunvericilikdə ciddi boşluqlar yoxdur:
“Sadəcə olaraq, vergi əməkdaşlarının nəzarət mexanizmləri yetərincə tətbiq edilmir. Ümumiyyətlə, restoranlar banket və digər tədbirlərin təşkili üçün hüquqi şəxslərlə müqavilə bağlaya bilsələr də, bu, fiziki şəxslərlə nadir hallarda olur. Bu o deməkdir ki, restoran sahibi qiymət və şərtləri özü müəyyən edir, müştəri hüquqi təminat olmadan riskə gedir. Razılaşdırılmış menyu, içki və digər xidmətlərin təmin ediləcəyinə dair heç bir rəsmi sənəd olmur. Fikrimcə, bu sahədə ciddi nəzarət tədbirləri görülməlidir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta