İran Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı MAQATE İdarə Heyətinin İranın nüvə öhdəliklərini yerinə yetirmədiyini bildirən qətnaməsini tənqid edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, qətnamənin ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın təşəbbüsü ilə irəli sürüldüyü və siyasi motiv daşıdığı vurğulanıb.
Birgə bəyanatda bildirilib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə daim sadiqdir və MAQATE-nin heç bir hesabatında İranın öhdəliklərə əməl etmədiyi göstərilməyib.
Rəsmilər Agentliyin son hesabatını qərəzli adlandıraraq, 25 il əvvəlki şübhəli iddiaların yenidən gündəmə gətirilməsini tənqid ediblər.