Boeing-in səhmləri ucuzlaşıb.
Hindistanın Əhmədabad hava limanından Londona uçan təyyarə uçuş zamanı yaşayış məntəqəsinə çırpılıb.
News24.az xəbər verir ki, “Air İndia” şirkətinə məxsus təyyarənin “Boeing 787-8 Dreamliner” olduğu açıqlanıb.
Boeing səhmləri Nyu-York Fond Birjasında açılışdan öncəki əməliyyatlarda dəyərinin 6 faizini itirib. Bu azalma ilə Boeing-in bazar dəyəri təxminən 10 milyard dollar azalaraq 151 milyard dollara düşüb.
Günel Məlikzadə