İrkutsk vilayətinin Alarski rayonunda 6 nəfərin həyatına son qoyan ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, bu barədə TASS regional fövqəladə hallar xidmətinə istinadla məlumat yayıb.
Hadisə Nıqda qəsəbəsi yaxınlığında baş verib. "Lada" markalı minik avtomobili və əldəqayırma mini traktor toqquşub. İdarədən verilən məlumata görə, qəza nəticəsində 5 nəfər hadisə yerində, altıncı zərərçəkən isə təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Qəzanın səbəbləri və baş verənlərin təfərrüatları araşdırılır.
Adəm