AZ

Vyanada Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib (FOTO)

Bakı. Trend:

Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kəndtəsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıqüzrə Qarışıq Komissiyanın 11-ci iclası çərçivəsində hər iki ölkəninbiznes dairələrinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AzərbaycanınAvstriyadakı Səfirliyinin dəstəyi, İxracın və İnvestisiyalarınTəşviqi Agentliyi – AZPROMO-nun və Avstriya İqtisadiyyatPalatasının (WKO) birgə təşkilatçılığı ilə keçirilən “dəyirmimasa”da ümumilikdə 20-dən çox şirkətin nümayəndələri iştirakedib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Samir Məmmədov forumda çıxış edərək bukimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsivə qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağınaəminliyini vurğulayıb.

“Dəyirmi masa” çərçivəsində “Azərbaycanda investisiyaimkanları”, “Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı” və“Mədənçilik” mövzularında sessiyalar təşkil edilib.

Tədbirdə Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanındigər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlərbarədə məlumat verilib, Avstriya şirkətlərinə ölkəmizə investisiyaqoyuluşu imkanlarını nəzərdən keçirmək təklif olunub.

“Dəyirmi masa”da iştirak edən Avstriya şirkətləri cari ilin27-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci AzərbaycanBeynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət edilib.

Tədbir B2B və B2G formatında görüşlərlə davam edib.

Vyanada
Vyanada
Vyanada
Vyanada
Vyanada
Seçilən
29
9
az.trend.az

10Mənbələr