AZ

Dünyanın ən aktiv vulkanlarından biri püskürdü

Havaydakı Kilauea vulkanı püskürməyə başlayıb. Bunun 2024-cü ilin dekabrından bəri 25-ci dəfə olduğu güman edilir.

Publika.az "The Independent"ə istinadən xəbər verir ki, lava axını təxminən 100 metr yüksəkliyə qalxıb.

Qeyd edək ki, Kilauea vulkanı Havay arxipelaqının Böyük Adasında yerləşir və dünyanın ən aktiv vulkanlarından biri hesab olunur. Hündürlüyü 1250 metrə çatır. Lava emissiyaları bir neçə gündən bir neçə aya qədər davam edir.

Xatırladaq ki, Kilauea vulkanı 2018-ci ilin may-avqust aylarında püskürərkən 700-dən çox evi dağıdıb.

Seçilən
3
publika.az

1Mənbələr