Sağlamliq texnologiyalarinda yeni addim
Texnologiyanın sağlamlıq sahəsindəki inkişafı ilə "Huawei Watch 5" fərdi bədən göstəricilərinə nəzarəti yeni səviyyəyə qaldırır. Bu ağıllı saatda tətbiq olunan Multi-sensing X-TAP texnologiyası bir çox ənənəvi ölçüm cihazlarını əvəz edə bilər. ECG (elektrokardioqram), PPG (fotopletismoqrafiya) və 10 səviyyəli taktil sensoru birləşdirən bu sistem yüksək dəqiqlik və sürətli analiz təmin edir.
İlk dəfə olaraq, istifadəçi sadəcə barmağını sensorun üzərinə qoymaqla 10 saniyə ərzində real vaxtda SpO2, yəni qan oksigen səviyyəsini öyrənə bilər. Bu, xüsusilə yüksək hündürlükdə yaşayan, tənəffüs çətinliyi olan və ya fiziki yükləməyə məruz qalan şəxslər üçün əhəmiyyətlidir.
Sensor texnologiyası elə qurulub ki, barmaq ucunun damar şəbəkəsinə birbaşa çıxış imkanı yaradır və nəticələr olduqca dəqiq alınır. HUAWEI X-TAP modulu yüksək performanslı çip və süni intellekt əsasında işləyir. Bu isə ölçmələrin keyfiyyətini daha da artırır.
“Health Glance” ilə 1 dəqiqəyə 11 göstərici
"Huawei Watch"in təqdim etdiyi ən böyük yeniliklərdən biri də “Health Glance” funksiyasıdır. İstifadəçi sadəcə sensoru 3 saniyə basmaqla tam bədən analizi başlada bilir. Təxminən 1 dəqiqə ərzində 11 əsas sağlamlıq göstəricisi üzrə məlumat təqdim olunur. Bu göstəricilərdən bəzilərinə aşağıdakıları misal çəkmək olar:
- Ürək ritmi (nəbz)
- HRV (ürək ritminin dəyişkənliyi)
- Tənəffüs tezliyi
- Qanda oksigen səviyyəsi
- Stress səviyyəsi
- Bədən temperaturu
- Arterial təzyiq
- Enerji səviyyəsi və digərləri
Bu sistem hər bir istifadəçiyə fərdi baxım təqdim edir. Analizlərin nəticələri əsasında saat qrafik və rəqəmsal hesabatlar təqdim edir. Bu hesabatlar mobil tətbiqə də ötürülə bilər, beləliklə, istifadəçi keçmiş göstəriciləri müqayisə edib dəyişiklikləri izləyə bilər.
Xüsusilə stress və HRV (ürək döyüntülərində dəyişkənlik) kimi göstəricilər psixoloji və emosional sağlamlıq üçün vacib məlumat verir. Bu cür metrikalar istifadəçiyə istirahət rejimini düzəltmək, idman intensivliyini tənzimləmək və sağlam həyat tərzi formalaşdırmaqda kömək edir.
Ürək sağlamliği və intuitiv təcrübə
Ürək sağlamlığına nəzarət bu modelin əsas istiqamətlərindən biridir. ECG funksiyası sayəsində istifadəçi ürək ritmini yalnız saat vasitəsilə yoxlaya bilər. Bu, ürək ritmindəki pozuntuları erkən mərhələdə müəyyənləşdirməyə imkan yaradır. Nəticələr yüksək dəqiqliklə ölçülür və tətbiq üzərindən həkimlə paylaşmaq da mümkündür.
Bununla yanaşı, "Huawei Watch 5" istifadəçiyə intuitiv idarəetmə təcrübəsi təqdim edir. Məsələn, barmağın iki dəfə toxunması ilə zəngə cavab vermək və ya imtina etmək, musiqini dəyişmək və hətta şəkil çəkmək mümkündür. Bu cür smart jestlər sayəsində saatla gündəlik ünsiyyət daha axıcı və praktik olur.
Bütün bu funksiyalar yüksək batareya performansı ilə birləşir. 46 mm modeldə batareya standart rejimdə 4.5 gün, enerji qənaətli rejimdə isə 11 günə qədər istifadə oluna bilər. 42 mm modeldə isə bu göstəricilər 3 və 7 gündür. Sürətli enerji yığımı ilə saat 15 dəqiqəyə bir günlük istifadəyə hazır olur.
"Huawei Watch 5" həm Android, həm də iOS cihazları ilə tam uyğunlaşır. Smart jestlər, sağlamlıq analizi, müasir dizayn və fərdi məlumatlar birləşərək bu modeli gündəlik həyat üçün ideal seçimə çevirir