AZ

ABŞ İraqdakı diplomatlarını təxliyə edir » AzadMedia.az

ABŞ

Amerika Birləşmiş Ştatları rəhbərliyi İraqdakı diplomatlarının təxliyəsinə əmr verib.
Rəsmilər bu barədə qərarın nə ilə bağlı olduğuna dair açıqlama verməsələr də, ekspertlər bildirirlər ki, İsrailin İrana zərbə endirməyə hazırlaşması regionda təhlükəsizliklə bağlı riskləri artırıb.
Bundan başqa, Amerika Birləşmiş Ştatları ilə İran arasında İranın nüvə proqramına dair danışıqların dayandırılması da gərginliyin bir anda arta biləcəyinə işarə edir.
Ekspertlərin sözlərinən görə, İsrail İrana zərbə endirərsə, İran buna cavab olaraq Amerika Birləşmiş Ştatlarının İraqdakı mövqelərini vura bilər.
Hazırda Amerika Birləşmiş Ştatlarının İraqda 2500 nəfərlik hərbi kontingenti var.
İran 2020-ci ilin yanvar ayında general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq Amerikanın İraqdakı hava bazasına zərbə endirib, nəticədə onlarla amerika hərbçisi beyin zədəsi alıb.
Ağ Ev lideri Donald Tramp İrana nüvə silahı əldə etmələrinə imkan verməyəcəklərini deyib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramına dair sonuncu hesabatında bildirilir ki, İran əvvəlki dövrlərdə bəyan edilməmiş yerlərdə aşkarlanan nüvə materialları ilə bağlı ətraflı məlumat verməyib. Agentlik bu yanaşmanı tənqid edib.
İran rəhbərliyi isə hesabatın qərəzli olduğunu və İsrailin saxta sənədlərinə istinad etdiyini deyib.
İran hökuməti nüvə proqramının mülki məqsədlər üçün olduğunu bəyan edib.
İran İnqilab Keşikçiləri Korpusunun Baş komandanı Hüseyn Səlami istənilən ssenariyə hazır olduqlarını ifadə edib.
“Biz istənilən səviyyədə istənilən müharibəyə hazırıq. Düşmənə xəbərdarlıq edirik ki, heç bir səhvə yol verməsin və nəticələrini diqqətlə düşünsün. Düşmən bizi hərbi təhdid edir, biz istənilən ssenariyə və vəziyyətə hazırıq”, deyə SEPAH komandanı vurğulayıb.
Bu arada, Küveyt və Bəhreyndəki amerikalı hərbçilərinin ailələrinin də könüllü şəkildə regionu tərk etdiyi qeyd olunur.

Seçilən
19
1
azadmedia.az

2Mənbələr