AZ

KİV: İrana hücum iddiası ABŞ-nın danışıqlarda mövqeyini gücləndirmək cəhdidir

BAKI, 12 iyun. TELEQRAF

İsrailin yaxın günlərdə Tehranın nüvə obyektlərini vuracağı ilə bağlı mediada yayılan məlumatlar İranla danışıqların altıncı raundu öncəsi ABŞ-nin öz mövqeyini daha da gücləndirmək cəhdidir”.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya”ya təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

İran rəsmisi də nəşrə açıqlamasında ABŞ-nin Yaxın Şərqin bəzi ölkələrindən hərbçi və diplomatların ailələrini təxliyyə etməsi üçün təhlükənin olmadığını iddia edib.

“NBC News” bundan əvvəl mənbələrə istinadla yazmışdı ki, İsrail ABŞ-nin dəstəyi olmadan İrana qarşı birtərəfli hərbi əməliyyatları nəzərdən keçirir. Nəşrin məlumatına görə, ABŞ bu ehtimala qarşı bölgə ölkələrindəki hərbçi və diplomatlarının ailələrinin təhlükəsiz yerlərə köçürülməsi barədə göstəriş verib.

Xatırladaq ki, ABŞ-İran danışıqlarının 6-cı raundu iyunun 15-də Omanda keçiriləcək.

Seçilən
2
teleqraf.com

1Mənbələr