Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanın Əhmədabad aeroportu yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
Editor.az xəbər verir ki, başsağlığının mətni Azərbaycan XİN-nin “X” səhifəsində dərc edilib.
“Hindistanın Əhmədabad şəhərində baş vermiş faciəli təyyarə qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Xəsarət alanlara güc və şəfa diləyirik”, – Azərbaycan XİN-nin paylaşımında qeyd olunur.