AZ

Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutdu

BAKI, 12 iyun. TELEQRAF

Rusiya ilə Ukrayna arasında iyun 2-də İstanbulda əldə olunmuş razılaşmalar çərçivəsində hərbi əsirlərin qarşılıqlı mübadiləsi həyata keçirilib.

Teleqraf xəvər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, bu gün Kiyevin n nəzarətində olan ərazilərdən bir qrup Rusiya hərbçisi geri qaytarılıb. Əvəzində, eyni sayda Ukrayna Silahlı Qüvvələrinin hərbi əsiri Kiyev tərəfinə təhvil verilib.

Nazirliyin açıqlamasında bildirilir ki, mübadilə prosesinə iyunun 9-dan başlanılıb və həmin gün 25 yaşadək olan ilk rusiyalı hərbçilərdən ibarət bir qrup ölkəyə qaytarılıb. Növbəti mübadilə mərhələsi isə iyunun 10-da baş tutub.

Qeyd olunur ki, hərbi əsirlərin dəyişdirilməsi iki ölkə arasında aparılan humanitar danışıqların nəticəsidir və bu prosesin davam etdirilməsi üçün diplomatik əlaqələr saxlanılır.

Seçilən
19
teleqraf.com

1Mənbələr