AZ

Bakıda Türkdilli Dövlətlər Birliyinin Onkologiya Konqresi başlayır

BAKI, 12 iyun. TELEQRAF

İyunun 13-14-də Bakıda türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan “1-ci Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi” keçiriləcək.

Teleqraf xəbər verir ki, ekspert onkoloqları, səhiyyə orqanlarını və alimləri bir araya gətirəcək konqres xərçənglə mübarizədə ortaq baxış yaratmaq məqsədi daşıyır.

Konqresdə xərçəngin erkən diaqnoz və müalicə strategiyaları, qeydiyyat sistemləri və skrininq proqramları, yeni nəsil müalicə yanaşmaları, regional səhiyyə siyasətləri və əməkdaşlıq modelləri və bir çox digər kritik mövzular müzakirə olunacaq.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan ümumilikdə 500-ə yaxın akademik və səhiyyə qurumu iştirak edəcək.

Seçilən
15
teleqraf.com

1Mənbələr