AZ

Karbon bazarları üzrə COP29 razılaşması aşağı gəlirli ölkələrə investisiya axınını gücləndirəcək – Dünya Bankı

Bakı.Trend:

2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsindəbeynəlxalq karbon bazarlarına dair əldə olunmuş son razılaşma,ölkələrin bu bazarlarda iştirakının genişlənməsinə və aşağı gəlirlidövlətlərə investisiya axınının artmasına təkan verə bilər.

Trend xəbər verirki, bu haqda Dünya Bankının son hesabatında qeyd olunur.

“Hazırda əldə olunmuş bu razılaşma Paris Sazişinin 6-cımaddəsinə uyğun olaraq tran-ssərhəd karbon vahidləri ticarətininqaydalarını aydınlaşdırır. Sazişin əldə olunmasından sonra diqqətonun praktiki icrasına yönələcək. Bu isə ölkələrdən institusionalvə normativ çərçivələrin yaradılmasını, habelə bazarinfrastrukturlarının – o cümlədən uyğun reyestrlərin qurulmasınıtələb edəcək”, – hesabatda qeyd olunur.

Dünya Bankının analitikləri vurğulayırlar ki, BMT nəzdindəkarbon bazarlarının yaradılması ölkələrin iştirakı üçün əlavəimkanlar açıb. Bu, son illərdə könüllü karbon bazarlarına qarşıartan tənqid fonunda xüsusilə əhəmiyyətlidir.

Xatırladaq ki, 2024-cü ilin noyabrında COP29-un sədrliyi, ParisSazişinin 6-cı maddəsi çərçivəsində yüksək etimadlı karbonbazarlarının yaradılması ilə bağlı uzun illər davam edəndanışıqların başa çatdığını elan edib. Bu məsələ 2024-cü ildəsədrliyin əsas prioritetlərindən biri olub. Texniki və siyasimüstəvidə aparılan intensiv paralel danışıqlar nəticəsində illərlədavam edən çıxılmaz vəziyyət aradan qaldırılıb və Paris Sazişininhələ də açıq qalmış sonuncu bəndi üzrə müzakirələr uğurlayekunlaşdırılıb.

Qeyd edək ki, Paris Sazişinin 6-cı maddəsi iqlim hədəflərinənail olmaq üçün beynəlxalq əməkdaşlıq çərçivəsində şəffaf vəetibarlı karbon bazarlarının yaradılmasını nəzərdə tutur. Beləəməkdaşlığın milli iqlim öhdəliklərinin (NDC) yerinə yetirilməsinəçəkilən xərcləri illik 250 milyard ABŞ dollarına qədər azaltmaqpotensialı var.

Məqalədə:
Seçilən
9
2
az.trend.az

3Mənbələr