"Aparıcılar bilirlər ki, verilişə hansı səviyyəli insanı çağırmaq lazımdır. Düşünürlər ki, guya bu milləti arxalrınca aparıb reytinq rekordu qıra bilərlər. Əslində, mən onları qınamıram da".
Bunu "Yeni Sabah"a jurnalist Anar Vəziroğlu deyib.
O, müğənni Ofelya Şabanovanın “Rəngarəng” verilişində ərinə dair videonun nümayişi və bundan sonra baş verənlərə münasibət bildirib.
Aparıcı Zaur Nəbioğlunun ifaçı ilə "zarafatı" sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Canlı yayımda göz yaşlarına hakim ola bilməyən müğənni studiyanı tərk edib. Ertəsi gün o, “Rəngarəng”ə gələrək etiraflar edib.
Tamaşaçılar efirdə şəxsi həyata bu şəkildə müdaxiləni məqbul bilməyib və O. Şabanovanın alçaldılmasını və reytinq xatirinə sərhədlərin aşılmasını biabırçılıq kimi dəyərləndiriblər.
Öz növbəsində, Anar Vəziroğlu bildirib: "Hər kəsin öz qabı var, o qabdan artıq yemək olmur. İstər Şabanova olsun, istər başqası. Guya TV-yə çağırılan adamlar bilmirlər ki, hansı suallarla qarşılaşacaqlar?!
Aparıcılar bilirlər ki, verilişə hansı səviyyəli insanı çağırmaq lazımdır. Düşünürlər ki, guya bu milləti arxalrınca aparıb reytinq rekordu qıra bilərlər. Əslində, mən onları qınamıram da.
Yadınızdadırsa, bir neçə ay əvvəl Audiovizual Şura oxşar verilişlərin vaxtını 3 saatdan 2 saata endirdi. Başqa heç bir dəyişiklik olmadı. Çünki reytinq olmasa, televiziyada işləyən 300-400 nəfəri saxlaya bilməzlər. Türkiyə kanallarına baxıb özləri üçün veriliş düz-qoş edirlər. Normal ssenari hazırlayan yoxdur. Belə verilişlərə ən çox kimləri dəvət edirlər? Ən həyasız, çox danışan adamları!
İnsanların formalaşmasını hər zaman cəmiyyət ilə əlaqələndirirlər. Əslində bu çox böyük bir yanlışdır. İnsanı formalaşdıran ailədir, vəssalam. Əgər bir ailədə pis valideyndən yaxşı bir uşaq əmələ gəlsə, bu, yalan söhbətdir. Çünki mütləq gələcəkdə pislik edən valideynin əməlləri öz qarşısına çıxır. Öz qarşısına çıxmasa belə, öz uşaqlarının, nəvələrinin qarşısına çıxacaq".
Anar Vəziroğlu əlavə edib: "Tünzalə Ağayeva mediaya, on milyonların qarşısına anadangəlmə formada çıxır. Prodüserləri də sevinir ki, artıq reytinq qazandıq.
Vaxtilə Elgizin verilişindən məni uzaqlaşdırdılar. Səbəb bu idi ki, bir xanıma irad bildirmişdim. Aparıcılar bizdən biristifadəlik məhsul kimi istifadə edirlər, çünki onların maraq dairəsində olan yeganə şey reytinqdir. Tanaşaçıda da az yoxdur. TV-yə çıxıb ailə problemlərini ortaya qoymaq əxlaqsızlıqdır!”
Rəvan Rzazadə
Telegram kanalımız