AZ

Türkiyə MN Naxçıvanda keçirilən təlimlərlə bağlı açıqlama verdi

“İyunun 12-dən 19-dək Naxçıvanda dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək məqsədilə Türkiyə-Azərbaycan “Sarsılmaz Qardaşlıq” təlimi keçirilir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

Onun sözlərinə görə, “Mustafa Kamal Atatürk -2025” birgə təliminin də 20-30 iyun tarixlərində Naxçıvanda keçirilməsi planlaşdırılır.

“İyunun 30-da eyni vaxtda “Sarsılmaz Qardaşlıq” və “Mustafa Kamal Atatürk-2025” təlimlərinin müşahidəçi günü keçiriləcək.

Bu münasibətlə həmrəy olduğumuz Azərbaycanın Milli Qurtuluş Gününü (15 İyun) “İki dövlət, bir millət” anlayışı ilə birlikdə qeyd edirik”.

Seçilən
14
teleqraf.com

1Mənbələr