AZ

Ailə qurmaq üçün indi daha çox nə əskikdir maddiyyat, yoxsa anlayış? MÜNASİBƏT BİLDİRİLDİ

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanda milli və maddi ailə sistemində ciddi problemlər yaşanır və bu, həm hüquqi, həm sosial, həm iqtisadi, həm də geosiyasi və ekoloji – ən əsası isə irsi və genetik səbəblərlə bağlıdır". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, uzun müddət Sovet dövründə biz qapalı bir sistemdə yaşamışıq. Dünyada baş verən bir çox dəyişikliklər, xüsusən ərzaq təhlükəsizliyi ilə bağlı risklər, dəyişdirilmiş qidaların SSRİ-yə buraxılmaması, təbii qidalanma, şəhərlərə nisbətən kənd əhalisinin çoxluğu, sağlam həyat tərzi, fiziki əmək və s. o dövrün insanlarının həyat tərzinə müsbət təsir edirdi. Milli mətbəxə bağlılıq, idman, mədəniyyət, incəsənət – bütün bunlar estetik və ümumi dünyagörüşü formalaşdırırdı. Lakin artıq o nəsil tarixə qovuşub.

Son 30 ildə verilən sərbəstlik, SSRİ-nin dağılması ilə başlayan siyasi-iqtisadi dəyişikliklər, ekoloji fəlakətlər, ərzaq və qida sektorundakı problemlər insan həyatına ciddi təsir göstərib. Hazırda Azərbaycan insanı çoxsaylı çətinliklər içində yaşayır. Günə 15-20 manata çalışan ofisiantlar, taksi sürücüləri, işsiz gənclər nəsli formalaşır. Bir dönər, içki, elektron siqaret və qəlyanla zamanını keçirən, sosial şəbəkələrdə asılılıq yaşayan bir nəsil yaranıb.

Dünyada süni intellekt, texnoloji dəyişikliklər, işsizlik, hərəkətsizlik və asossiallaşma insanın genetik koduna da təsir göstərməkdədir. Bu proseslər nəticəsində Azərbaycanda boşanma faizi artır, ailə qurmaq istəməyən gənclərin sayı çoxalır. Evliliklərin təxminən 60 faizi boşanma ilə nəticələnir. Gənc ailələrin isə 90 faizi tibbi müdaxilə olmadan övlad sahibi ola bilmir. Doğulan uşaqlar arasında genetik xəstəliklər, sağlamlıq problemləri artır.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Erkən yaşda uşaqlı qızlar, subay analar və ailə strukturlarının dağılması əxlaqi mühitə də mənfi təsir göstərir. Gənclər artıq ailə məsuliyyəti götürmək istəmir. Maddi çətinliklərlə yanaşı, fərdlər arasında "mənəm-mənlik", haqları və sərhədləri tanımamaq, bir-birinin sözünü qəbul etməmək, gəlin-qayınana, yeznə-qayınana, qohumlararası konfliktlər, sosial şəbəkələrin təsiri, serial və filmlərdən gələn lüks həyat tərzi arzusu bu prosesi daha da dərinləşdirir.

Qızlar ağ atlı şahzadə, oğlanlar isə ana obrazına bənzər milli qadın axtarır. Hər kəs yüksək mərtəbəli binalarda yaşamaq, bahalı avtomobil sürmək istəyir. Amma heç kim işləmək, zəhmət çəkmək istəmir. Gənclərin sağlamlığı ilə bağlı da ciddi problemlər yaşanır. Genetik dəyişikliklər, süni intellekt və robotlaşmanın təsiri yaxın 20 ildə Azərbaycan insanını yalnız bir fərd yox, ümumilikdə bir həyat forması kimi təhlükə altına ata bilər. Bu baxımdan, ölkənin müxtəlif bölgələrində – məsələn, Naxçıvan, Lənkəran, Gəncə, Quba və s. yerlərdə yaşayan sağlam genetik quruluşa malik gənclərdən irsi toxum və yumurtalıq bankı yaradılması vacibdir. Bu addım gələcək nəsillər üçün sağlamlıq baxımından ciddi təminat ola bilər. Unutmayaq ki, ailə qurmaq təkcə ev, paltar almaq deyil. Ailə – bir-birini anlamaq, paylaşmaq, emosional və sosial bağ qurmaqdır. Təəssüf ki, bizdə ailə qurmaq çox zaman yanlış anlaşılır.

Müəllif: Günel Rəşadqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sia.az

2Mənbələr