AZ

ABŞ-də piton hücumu: Avtobus dolusu ilan məhv edilib

ABŞ-nin Florida ştatında piton ilanların hücumuna qarşı mübarizə çərçivəsində 2013-dən bəri 20 tonluq ilan tutulub və insani üsullarla məhv edilib. Yalnız bu il 2.850 kiloqram ilan məhv olunub ki, bu da dolu bir avtobusun çəkisinə bərabərdir.
Təəccüblüsü odur ki, 1.400 ilan cəmi 518 kv.km-lik sahədən toplanıb. Halbuki Everqleyz ekosistemi 20 min kv.km-dən çox ərazini əhatə edir. 
Sherg.az xəbər verir ki, ABŞ Geoloji Xidməti bölgədə on minlərlə pitonun dolaşdığını ehtimal edir.
İndiyədək ən böyük dişi piton 98 kilo və 5,5 metr uzunluğunda olub. Pitonlar 85 yerli növü ovlayaraq ekosistemi ciddi təhlükə altına alıblar.
Texnologiyadan da istifadə olunur: “izçi ilan” proqramı ilə 40 erkək ilana radio ötürücü yerləşdirilir, onlar vasitəsilə dişi pitonlar tapılıb məhv edilir. Bu üsulla 20 mindən çox yumurtanın çıxmasının qarşısı alınıb.
Burma pitonlarının 1970-ci illərdə ev heyvanı kimi gətirildiyi, sonra təbiətə buraxıldığı güman edilir. Artıq bu növ Florida üçün təhlükəyə çevrilib. Təbiəti Mühafizə Dərnəyi, pitonlarla mübarizənin yerli növlərin qorunması üçün vacib olduğunu bildirir.

Turan

Seçilən
4
1
sherg.az

2Mənbələr