ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycanda avtobuslarda uşaqlar üçün gedişhaqqı müəyyən yaş həddinə əsasən tənzimlənir. Bəzi marşrut sürücüləri arasında bu qaydaların fərqli tətbiq edildiyi hallar müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bəzi sürücülər 6 və ya 7 yaşadək uşaqların gedişhaqqını da pulsuz hesab edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bu yanaşma qanunvericiliyə uyğun deyil.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gedişhaqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir", - deyə AYNA-nın məlumatında qeyd olunub.

Banu Hüseynli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.