BAKI, 12 iyun. TELEQRAF
"Smart Brain Company" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaltdığını elan edib.
Teleqraf xəbər verir ki, qurum nizamnamə kapitalını 37 min 668 manatdan 3 768 manata endirib.
Kreditorlar bir ay müddətində öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8 ünvanına təqdim edə bilərlər.
Əlavə olaraq onu da bildirək ki, hazırda MMC-nin dövlətə 1 162 manat vergi borcu var. Şirkət 2018-ci ildə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası da alıb.
"Smart Brain Company" MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Gülməmmədov Azər Mübariz oğludur.