AZ

Azərbaycan yaxın vaxtlarda İraq Kürdüstan Regionundabaş konsulluq açacaq

Bakı, 12 iyun. TELEQRAF

"İraqın Kürdüstan regionunda Azərbaycanın baş konsulluğunun açılması üzrə işlər aparılır".

Bunu Teleqraf-a açıqlamasında İraq Kürdüstan Regionunun Etnik azlıqların işləri üzrə naziri Aydın Maruf Səlim bildirib.

Nazir baş konsulluğun yaxın zamanda açılacağını bildirib:

“Bununla bağlı qərarı Azərbaycan Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü zamanı verib. Konsulluq yaxın zamanda fəaliyyətə başlayacaq. Ərbil şəhərində qardaş Azərbaycanın diplomatik nümayəndəliyinin açılması iki ölkə arasında əlaqələrə daha güclü təsir edəcək. Xalq olaraq da konsulluğun açılmasını səbirsizliklə gözləyirik. Bundan başqa, ikitərəfli səfərlərin baş tutması istiqamətində də işlər aparılır”.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında görüş zamanı konsulluğun açılması barədə razılıq əldə olunub.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr