BAKI, 12 iyun. TELEQRAF
“Türkiyə olaraq əsas məqsədimiz Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq, təhlükəsizlik imkanlarını artırmaq və iki ölkə arasında terrorla mübarizədə əməkdaşlığı təmin etməkdir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.
“YPG/SDQ terror təşkilatının (PKK-nın qanadı – red.) Suriyanın yeni administrasiyası ilə inteqrasiya prosesindən sui-istifadə edilməsinə heç vaxt dözümlü yanaşılmayacağını xatırladır və Türkiyənin terrorla mübarizə əzmində heç bir zəifləmə olmadığını bir daha vurğulayırıq”, - nazirliyin sözçüsü bildirib.