Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərlərininiştirakı ilə Pirquluoba kəndində növbəti səyyar qəbulunukeçirib.
Trend xəbərverir ki, qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrənümayəndəliyinə daxil olan Pirquluoba, Qoçaqlı, Hacıməmmədoba vəYeni Sudur kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərinhəlli istiqamətində görülən işlərə təşəkkürlərini bildiriblər.Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, sutəchizatının yaxşılaşdırılması və suvarma kanallarının təmizlənməsiilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidentMehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.