AZ

Xaricdə pulsuz təhsil almaq üçün Dövlət Proqramına qeydiyyat davam edir

2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir. 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Proqrama son müraciət tarixi 15 iyun 2025-ci il tarixi olaraq müəyyən edilmişdir.

Dövlət Proqramına müraciət zamanı sənədlərini düzgün şəkildə təqdim edən namizədlər növbəti mərhələ olan müsahibə mərhələsinə dəvət olunacaqdır. Qeyd edək ki, müvafiq Qaydaların tələblərinə uyğun olaraq, namizədlərə şəxsi kabinet üzərindən sənədlərin natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra onlara daha 3 (üç) iş günü vaxt verilərək sənədlərini düzgün şəkildə təqdim etmələri üçün imkan yaradılacaqdır.

Bildiririk ki, müsahibələrə 25 iyun 2025-ci il tarixindən etibarən start veriləcəkdir. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi kabinetləri üzərindən bildiriləcəkdir.

2025/2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində yekun nəticələrin iyul ayının sonunda açıqlanması nəzərdə tutulur.

Seçilən
14
13
azedu.az

10Mənbələr